Marneulidə iki uşağı ilan vurub
2022-ci ildə Marneuli bələdiyyəsinin iki klinikasında ilan vurma ilə bağlı 3 hal qeydə alınıb. “Geo Hospitals” klinikasının direktoru Tata Şenqelaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, iyun ayında tibb müəssisəsinə ilan vurma ilə bağlı iki xəstə gətirilib. Onlardan biri uşaq idi.

“Orta yaşlı qadını bazar ertəsi evə yola saldıq. O, təxminən, bir həftə bizim klinikada müalicə alırdı.Ötən həftə uşaq gətidilər. Onun vəziyyəti ağır deyildi, ancaq Tbilisiyə, Uşaq Klinikasına göndərdik”, – Şenqelaia bildirdi.

Daha bir tibb müəssisəsinə, “Aversi” klinikasına, 2 iyun tarixində ilan vurma faktı ilə bağlı 9 yaşlı uşaq aparıblar. Tibb müəssisəsindən bildirdilər ki, azyaşlıya yerində xidmət göstərilib və o, artıq evə göndərilib.

Marneuli bələdiyyəsinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Geo Hospitals” və “Aversi” klinikasında ilan vurma hallarına qarşı peyvənd həmişə var.

2021-ci ilin göstəricilərinə görə, Marneuli bələdiyyəsində ilan vurmaqla bağlı 11 fakt qeydə alınıb.

"Marneuli" Radiosu
Print