Marneulili cüdoçular Mestiyada keçirilmiş turnirdə uğurla mübarizə aparıblar
Marneulili cüdoçular Mestiya bələdiyyəsində keçirilmiş olimpiya oyunlarının ikinci mükafatçısı Nestor Xerqiani adına onuncu beynəlxalq turnirdə uğurla mübarizə aparıblar.


Marneuli İdman Məktəbinin Mətbuat Xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, qeyd olunan turnirdə Marneulidən 4 nəfər cüdoçu iştirak edib.

"Cari ilin 18-19 iyun tarixində Mestiyada turnir keçirildi. Turnirdə Marneulili Beka Çkadua 30 kq çəki dərəcəsində birinci yeri, Qivi Kvitsiani 38 kq çəki dərəcəsində ikinci yeri və Nikoloz Devdariani 46 kq çəki dərəcəsində üçüncü yeri tutub”, –
İdman Məktəbindən bildirdilər.

Qeyd olunan turnir 2008-2009 və 2010-11-12-ci il təvəllüdlü cüdoçular arasında keçirilib. Turnirdə Gürcüstanın bütün regionlarından idmançılar iştirak ediblər.

"Marneuli" Radiosu
Print