Marneulili kikboksçu beynəlxalq turnirdə kəmər qazanıb
Marneulili idmançı, kikboksçu Qiorqi Mirzoyan Ermənistanın paytaxtı Yerevanda keçirilmiş beynəlxalq turnirdə ikinci dəfə kəmər qazanıb. Qalibin məşqçisi Kaxa Çkadua "Marneuli" radiosuna bildirdi ki, idmançı ilk uğurunu 4 yaşında qazanıb və ondan sonra heç bir mübarizəni uğursuzluqla başa vurmayıb.

“Qiorqi mənim yanıma gələndə 4 yaşı var idi. Aydın oldu ki, idman sahəsində böyük bacarığı var və ondan sonra çox uğur əldə etdi. Bu kəməri oktyabrda qazandı və indi də qoruyub saxlaya bildi. İndi də həmin çağırış idi. Qiorqi yerli idmançı ilə qarşılaşdı. Üç raundluq mübarizə idi, K1 qaydaları ilə keçirildi. Birinci raundda 30 saniyədə texniki nokautla rəqibini məğlub etdi və kəməri yenidən Gürcüstana gətirdik.

Qiorqi beş peşəkar yarış keçirib və hamısı onun qələbəsi ilə başa çatıb. Eləcə də beynəlxalq və Gürcüstan çempionatlarında dəfələrlə qalib gəlib”, –
Çkadua bildirdi.

Beynəlxlaq turnir Yerevan şəhərində 18-19 iyunda keçirilib. Turnirdə Gürcüstandan, Rusiyadan və İrandan idmançılar iştirak edib. Kaxa Çkaduanın sözlərinə görə, Gürcüstandan Qiorqidən başqa digər bələdiyyələrin kikboksçuları da iştirak edirdilər. Ümumilikdə onlar vətənə iki kəmərlə qayıdıblar.

"Marneuli" Radiosu
Print