Qızılhacılıda “SOCAR”-ın inşa etdiyi idman kompleksi “Marneuli İdman Məktəbinə” həmişəlik verilib
“SOCAR Energy Georgianın” Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində inşa etdiyi idman kompleksi Marneuli “İdman Məktəbinə” həmişəlik verilib. Kompleks 2021-ci ildə, sentyabrda, özünüidarə seçkilərindən əvvəl açılıb və ilk əvvəl bələdiyyənin balansında idi. İdman Məktəbinin direktoru Mamuka Naveriani qeyd edir ki, məkanda basketbol və voleybol komandaları üçün nəzərdə tutulmuş inventar yerləşdirilib. Ancaq məktəb təchizatını daha çox tələb olunan idman növünə uyğun olaraq dəyişməyi planlaşdırır.

“Təxminən bir həftədir zal bizim balansımıza qeydiyyat olunub. Bu məkan əvvəldən də basketbol və voleybol üçün nəzərdə tutulmuşdu. Basketbol məşqləri Ata-Holdinqdə, voleybol isə Tsereteli ictimai məktəbində aparılır. Qızılhacılı kəndində indiki mərhələdə sərbəs güləş, boks və futbol fəaliyyət göstərir. Buradan irəli gələrək, yeni inventar almaq gündəliyə çıxarıldı. Həmin inventar sərbəst stildə güləşçilər və boksçular üçün nəzərdə tutulacaq. Zala müvafiq inventar yerləşdirildikdən sonra uşaqları da Qızılhacılıya keçirəcəyik. İndiki mərhələdə bütün uşaqların idman zalından istifadə etmək imkanı var. Ancaq orada hələ ki, məşqlər aparılmır”,
– Naveriani bildirdi.

Qeyd olunan idman kompleksi baksetbol, mini futbol, həndbol, voleybol və güləş kimi müxtəlif idman növbləri üçün nəzərdə tutulmuş qapalı çoxfunksiyalı idman məkanıdır. Binaya tamaşaçılar üçün tribunalar, geyim dəyişmək üçün yer, duş və sanitar məkanlar, inventarın saxlanması üçün zirzəmi, inzibati sahə ayrılıb. Binanın ümumi sahəsi 1157 kvadrat metrdir və onun dəyəri 3 milyon laridən artıqdır.

"Marneuli" Radiosu
Print