Marneulidəki Amerika Guşəsi kimya-biologiya üzrə beşgünlük kurs keçirəcək

Marneuli İctimai Kitabxanasında yerləşən Amerika Guşəsi iyulda kimya, biokimya və biologiya ilə maraqlanan gəncləri layihədə iştirak etməyə çağırır. Bu barədə İctimai Kitabxananın "Facebook" səhifəsində məlumat yayımlanıb. Məlumatda deyilir ki, kurs müddətində şagirdlər özləri reaksiyalar keçirə bilərlər.



“Əgər 15-16 yaşında gəncsinizsə, kimya, biologiya, biokimya ilə maraqlanırsınızsa, o zaman bu layihə sizin üçündür. Marneulindəki Amerika Guşəsi 4 iyuldan 8 iyula qədər beşgünlük kurs təklif edir.

Kurs ərzində şagirdlər özləri reaksiyalar keçirə biləcək, şəbəkədə işləyə, tapşırıqlar həll edə, kimya-biologiyanı yüksək səviyyədə öyrənə biləcəklər”,
— "Facebook" paylaşmında qeyd olunub.

Gənclər paylaşımın altında qeyd olunmuş linkdə qeydiyyatdan keçə bilərlər.

 


"Marneuli" Radiosu

Print