Tsereteli kəndində film nümayişi keçiriləcək
Bu gün, 7 iyulda Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tsereteli kəndində, futbol meydançasında, açıq hava altında “Hüqo” filminin nümayişi olacaq. Mədəniyyət Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, başqa kəndlərdə də filmlərin nümayişi planlaşdırılır və əhali xüsusi olaraq qurulmuş məkanda, öz kəndlərində, açıq səma altında filmləri izləyə biləcəklər.

"Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tsereteli kəndinin futbol meydançası bu gün kinoteatra çevriləcək və bələdiyyənin qeyd olunan kəndlərində film nümayiş olunacaq: Tsereteli – 7 iyul, Qaçağan – 20 iyul, Sadaxlı – 18 iyul, Qırmızı Kənd- 22 iyul, Maradisi- 13 iyul, Mareti – 15 iyul”, – Mədəniyyət Mərkəzindən bildirdilər.

Mədəniyyət Mərkəzinin nümayəndəsinin sözlərinə görə, film nümayişi bir seanslıdır və bütün kəndlərdə axşam saat 20:00-da başlayacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google