Milli Qida Agentliyi Marneulidə 17 obyekti cərimələyib
2022-ci ilin iyun ayında, Milli Qida Agentliyi Marneulidə 17 obyekti cərimələyib. Milli Qida Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Liparteliani bildirib ki, obyektləri davamlı olaraq yoxlayırlar.

“Marneulidə əsasən etiket qaydalarının pozulması və istifadə müddəti ötmüş məhsullar qeydə alınıb. Bizim tərəfimizdən müxtəlif obyektlər gündəlik yoxlanılır. Ümumilikdə, Marneulidə 35 obyektdə yoxlama apardıq, onlardan üç nümunə götürüldü”, — Liparteliani bildirdi.

İyun ayına olan göstəricilərə görə, Milli Qida Agentliyi Kvemo Kartlidə ümumilikdə 41 obyekti cərimələyib. May ayında 22 obyekt cərimələnib.

Milli Qida Agentliyi ərzaq istehsalı üzrə fəaliyyət göstərən binzes operatorlara dövlət nəzarətini davam etdirəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google