8 iyul tarixində, bələdiyyə səviyyəsində keçirilən futbol üzrə
“həvəskarlar liqasının” birinci mərhələsində,
finalda Tsereteli komandası Tamarisinin həvəskarlar komandasını 2:1
hesabı ilə məğlub edib və Kvemo Kartli regionu üzrə yarışlara
qatılmaq hüququ qazanıb. Görüş Tseretelinin futbol stadionunda
keçirilib. Qalib komandanın nümayəndəsi “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, region oyunları iyulun sonunda
başlayacaq.
Gürcüstan miqyasına 2022-ci il həvəskarlar kuboku Gürcüstan Futbol
Assosiasiyası və Gürcüstan Futbol Federasiyasının təşəbbüsü ilə,
Gürcüstan Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin
tərəfdaşlığı ilə keçirilir.
“Həvəskarlar liqası” bütün ölkə miqyasında keçirilən həvəskar
futbol çempionatıdır və UEFA tərəfindən tanınıb.