Marneulili Qiorqi Xvibliani “FLEX” proqramı ilə təhsil almaq üçün Amerikaya yollanacaq
Marneuli şəhər 5 saylı ictimai məktəbinin 12-ci sinif şagirdi Qiorqi Xvibliani “FLEX”-in gələcəyin liderləri mübadilə proqramı ilə Amerikaya yollanacaq.

Qiorqi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, çox sayda çətin prosedurlardan keçib. Bunlar üçün aylar lazım olub və böyük rəqabət olduğundan qalib gəlmək imkanı az imiş.

“Qalib gəlmək istəyirdim, 4000 iştirakçı var idi. Onlardan 70 nəfər seçildi. Qalib gəlməyimə çox sevindim. Daha çox məsuliyyət hissi yarandı. Bir neçə mərhələni keçməli idim. Müraciət formasını doldurmaq, rəsmi tərəflər var idi. Esselər və testlər yazılmalı idi. Finala qədər belə getdim. Avqustda yola düşəcəyəm. Orada yalnız təhsil almaq deyil, həm də adamlarla tanışlıq və qarşıma çıxan yaxşı adamlarla ünsiyyət quracağam. Eləcə də təhsil səviyyəsi bura ilə müqayisədə yüksək olacaq və düşünürəm, bu dövr ərzində çox bilik, təcrübə əldə edəcəyəm”,
– Qiorqi bildirdi.

5 saylı ictimai məktəbin direktoru Lela Xarşiladze bildirdi ki, təhsil müəssisəsi “FLEX”-in dostu olan məktəbdir və ötən illər ərzində, qeyd olunan proqramla 4 şagird Amerikada olub.

“Regional tur adətən bizdə, Gürcüstanın 8 məktəbi arasında keçirilir, onlardan biri bizim məktəbdir. Bizim məktəbdən 4 şagird artıq bu proqramla Amerikaya gedib. Qiorqi beşinci şagirddir. Çox yaxşı oğlan, yaxşı şagirddir və bizi orada təmsil edəcək”,
– məktəb direktoru bildirdi.

“FLEX” - Gələcəyin liderləri mübadilə proqramı illərdir, Gürcüstanda yaşayan yuxarı sinif şagirdlərinə Amerika məktəblərində təhsil almaq və Amerika xalqı ailələrində şərait yaradır. Proqramı Amerika hökuməti maliyyələşdirir və Amerika Beynəlxalq Təhsil Şuraları idarə edir.
"Marneuli" Radiosu
Print