Universiteti bitirdikdən sonra nə baş verir – Ayhanın, Samayanın və İlfanın gələcək planları
Güzəşt siyasətinin effektivliyi və nəticələrinin araşdırması 2010-2019-cu illərə görə Gürcüstan ali təhsil sistemində 1+4 proqramının ilk məzunları 2015-ci ildə olublar. Statistikaya əsasən 1+4 proqramı çərçivsində 2015-2019-cu illərdə bakalavr məzunlarının sayı 30% təşkil edib. Ayhan Həsənli, İlfan Sarıyev və Samaya Hümbətova məhz həmin 30% bir qimsidirlər. Onlar 1+4 proqramı çərçivəsində bu il universiteti bitiriblər.

Ayhan Həsənli İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bu il bitirib. O, hüquq fakültəsində təhsil alırmış və gələcəkdə ixtisasını artırmaq üçün çox planları var. Ayhan deyir ki, etnik azlıq nümayəndələrinin, dövlət xidmətində işlə təmin olunmaq baxımından problemləri var. Ancaq bir dəfə də olsa yenə dövlət strukturunda iş tapmağa cəhd göstərəcək.

“Maqistraturada təhsil almağa davam etməyi düşünürəm. Hələ bu il yoxsa gələcəkdə davam edəcəyimə qərar verməmişəm. Ancaq maqistratura pilləsində ali təhsil almağa mütləq davam edəcəyəm. Eyni zamanda hüquq baxımından ixtisas imtahanlarını verməyi də düşünürəm. Yəni, bununla yanaşı hüquq müdafiəçisi və ya vəkil olmaq. Etnik azlıqların dövlət işində işləməsi problemlidir. İstəsən də işləyə bilmirsən. Ancaq dövlət sektorunda işlə təmin olunmağa cəhd göstərəcəyəm və bir dəfə müraciət etməyi düşünürəm. İndi hüquq baxımından təcrübə keçirəm, eləcə də mülki fəalam və vətəndaş sektorunda öz fəaliyyətimi davam etdirəcəyəm”, – Ayhan bildirdi.

Universiteti bitirən daha bir gənc isə İlfan Sarıyevdir. O, Kaxetidə, Yor-Muğanlıda yaşayır. Məzun gələcəkdə özünün notarius bürosunu açmağı düşünür. Çünki Ayhan Həsənli kimi o, da dövlət sektorunda işlə təmin olunmağın çətin olduğunu düşünür.

“Tbilisi İvane Cavaxişvili adına dövlət universitetinə 2017-ci ildə qəbul olmuşam. Birinci ili hazırlıq kursunda oxudum və sonra hüquq fakültəsində təhsil aldım. Gələcəkdə özümün notarius büromu açmağı və fəaliyyətimi davam etdirməyi düşünürəm. Eləcə də ixtisasım üzrə maqistraturada təhsilimə davam edəcəyəm. Dövlət işində işləmək şansım olsa qəbul edərdim. Ancaq burada işlə təmin edilmək çətindir”, – İlfan Sarıyev bildirdi.

Marneulili Samaya Hümbətova İlia Dövlət Universitetinin xarici dillər, konkret olaraq ingilis dili fakültəsini bitirib. O, gələcəkdə məktəbdə müəllim işləyərək karyerasına davam etməyi düşünür.

“İngilis dili mütəxəssisiyəm. İndiki mərhələdə özəl şirkətlərin birindi işləyirəm. Ancaq gələcəkdə öz fəaliyyətimi ingilis dili müəllimi kimi davam etdirmək istəyirəm. Bunun üçün müvafiq imtahan verməyi planlaşdırıram. Bu il deyil, amma gələcəkdə mütləq. Hansısa məktəbdə ixtisasım üzrə işləməyi çox istəyirəm”,
– Samaya bildirdi.

Güzəşt siyasətinin effektivliyi və nəticələrinin araşdırması Gürcüstan ali təhsil sistemində 2010-2019-cu illərə görə, etnik azlıqların ali təhsil almaq tələbi artır. Əgər 2010-cu ildə Tbilisi Dövlət Unversitetinə ümumilikdə, 177 tələbə qəbul olurdusa, 2019-cu ildə bu rəqəm 455 nəfərə qədər artdı. Həmin araşdırmaya görə, azərbaycndilli tələbələrin böyük qisimi öz gələcəyini Gürcüstanla əlaqələndirir və bunun üçün Gürcüstanda akreditasiyadan keçmiş ali təhsil müəssisəsi diplomunun vacibliyindən danışırlar.

Sosial Ədalət Mərkəzinin araşdırmasına görə, Gürcüstana hər il minlərlər etnik azlıq nümayəndəsi ali təhsil müəssisəsini bitirir. Onlardan çoxu ixtisası artırmaq məqsədi ilə təhsilini davam etdirir. İctimai həyatda və siyasətdə etnik azlıqların iştirakı yenidən mühüm problemdir. Ona görə onların əksəriyyəti özəl sektorda işlə təmin olunub. “Sosial Ədalət Mərkəzinin” araşdırmasına görə, 2021-ci ilin yayında yerli özünüidarə orqanlarından əldə edilmiş məlumat dövlət xidmətində etnik azlıqların işlə təmin edilməsi problemini aşkar göstərir. Marneuli bələdiyyə meriyası işlə təmin edilənlərin ümumi sayı 232 nəfərdir. Buradan etnik azlıq nümayəndəsi 84 nəfərdir. Onların böyük qismi inzibati ərazi vahidliklərində nümayəndə və ya mütəxəssisdir.

"Marneuli" Radiosu
Print