Marneuli hərbi şəhərciyində və Qamsaxurdia küçəsində yerləşən mini
stadionların bərpa işləri aparılır.
Meriyanın PR Xidmətindən “Marneuli” radiosuna bildirdilər ki,
stadionlardan əlavə uşaq məkanları da qurulacaq.
“Hər iki ərazidə mini stadion düzəldiləcək. Əvvəl hərbi
şəhərcikdə stadion söküldü, indi artıq Qamsaxurdia küçəsində də
eyni iş aparılır. Bundan sonra tikinti işləri başlayacaq. Süni
örtüklü, attraksionların olduğu stadion qurulacaq. İdeal məkan
olacaq”, – meriyadan bildirdilər.
Qeyd olunan küçələrdə stadionların tikinti işləri və məkanların
qurulmasına ümumilikdə, 247 894 lari xərclənəcək və işləri “Kartli”
MMC həyata keçirəcək.