Marneulidə, Qamsaxurdia küçəsində mini stadionun tikinti işləri aparılır
Marneuli hərbi şəhərciyində və Qamsaxurdia küçəsində yerləşən mini stadionların bərpa işləri aparılır. Meriyanın PR Xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, stadionlardan əlavə uşaq məkanları da qurulacaq.

“Hər iki ərazidə mini stadion düzəldiləcək. Əvvəl hərbi şəhərcikdə stadion söküldü, indi artıq Qamsaxurdia küçəsində də eyni iş aparılır. Bundan sonra tikinti işləri başlayacaq. Süni örtüklü, attraksionların olduğu stadion qurulacaq. İdeal məkan olacaq”, – meriyadan bildirdilər.

Qeyd olunan küçələrdə stadionların tikinti işləri və məkanların qurulmasına ümumilikdə, 247 894 lari xərclənəcək və işləri “Kartli” MMC həyata keçirəcək.

"Marneuli" Radiosu
Print