Marneulili kikboksçular beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
29-31 iyulda Kutaisi şəhərində kikboksinq üzrə turnir keçirilib. Turnirdə Marneulidən altı nəfər idmançı iştirak edib. Marneuli İdman Məktəbinin PR Xidmətindən bildirdilər ki, idmançılar yarışdan üç qızıl, iki gümüş və bir bürünc medulla qayıdıblar.

“26 kq çəki kateqoriyası, birinci yer – Araz Aşırov.
45 kq çəki kateqoriyası, birinci yer – Mixail Qoqiani
51 kq çəki kateqoriyası, birinci yer – Qiorqi Mirzoyan
26 kq çəki kateqoriyası, ikinci yer – Davit Makaryan
32 kq çəki kateqoriyası, ikinci yer – Artur Mirzoyan
42 kq çəki kateqoriyası, üçüncü yer – Qiorqi Ananyan”.


Turnirdə iştirak ediblər: İran, Ermənistan, Gürcüstan və Ukrayna nümayəndələri.

"Marneuli" Radiosu
Print