Kriminal submədəniyyətin siyasi məsələlərə təsiri – Marneulidə mühazirə
28 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Mülki İştirak və Aktivizm Mərkəzinin” təşkilatçılığı ilə “Kriminal submədəniyyətin həbsxana və ictimaiyyətdə təsiri” mövzusunda mühazirə keçirilib.

Məruzəni İlia Dövlət Universitetinin mühazirəçisi və “Tərəqqi üçün qabaqlayıcı tədbirlər” qeyri-hökumət təşkilatının sədri Anton Kelbakiani oxuyub. Mühazirəçinin bizimlə söhbəti zamanı bildirdiyinə görə, qeyd olunan məsələ ilə bağlı tez-tez mühazirələr keçir.

O, qeyd edir ki, gənclər arasında kriminal submədəniyyətin təsirindən danışmaq mühümdür. Çünki bu problem Sovet dövründən var, məşhurdur və gələcək nəsillərə böyük təsir göstərir. Qeyd olunan qruplardan müxtəlif məqsədlər üçün istifadə etməyi isə buna dəstək olan hadisə kimi qeyd edir.

“Görüş kriminal submədəniyyətin təsirinə aid idi. Bu həbsxanada da, ictimaiyyətdə də var. Submədəniyyət çox spesifikdir. Bu indi yaranmayıb, faktiki olaraq klassik sovet fenomenidir, müəyyən dəyişikliklərə məruz qalıb. Çox proseslərə təsir göstərir, nə dərəcədə təhlükəlidir, bu baxımdan həyəcan əlamətləri görünür. Bu mövzularda sonuncu araşdırma qapalı məkanda olmuşdu, həbsxanada hansı təsirləri var və ikinci seçki prosesi idi. Bu qruplar nə dərəcədə prosesə qoşulmuşdular. Qrupların kifayət qədər səlahiyyətli olması dövlət siyasətinin nəticəsidir. Bu qruplardan müxtəlif məqsədlər üçün istifadə edilməsi aşkar görünür. Seçki prosesində həqiqətən istifadə olunmuşdu. Eləcə də Kvemo Kartlidə münaqişə olan zaman bunun həlli məqsədi ilə də istifadə olunmuşdu. Bu faktiki olaraq dövlət institutlarının dağılması deməkdir. Çünki öz funksiyasını yerinə yetirə bilmir və bu qruplardan istifadə edir, həmçinin, gənclər üçün məşhur olublar. İkinci problem daha da dərinləşir”
, – mühazirəçi bildirdi.

Kalbakianinin sözlərinə görə, məsələ məktəblərdə çox ciddidir və onun qarşısının alınması yolları barədə danışdı. O, bildirdi ki, uşaqlar üçün məktəb mühiti və onunla işləmək çox mühümdür.

“Buna məktəb də nəzarət etməlidir, təksə cəzalandırma addımları nəticə vermir. Uşaqlar üçün necə şərait yaratdığın mühümdür. Mülki təhsil, müxtəlif komponentlərlə işləmək lazımdır. Eləcə də çətin hallar aşkarlanarsa, polisə müraciət edə bilərsən, onlarla ünsiyyət nəticəsində uşaqlarla işləyə bilərsən. Bu problem həmişə var idi və gənclərdə virus kimi yayılıb. Biz görəndə ki, uşaqdan seçkidə, münaqişənin həllində istifadə edirlər, bu məsələni əyləncəli edir və uşaqlar üçün cəzbedici olur. Kvemo Kartli fərqli guşə ola bilər, burada özünəməxsus kontekst ola bilər. Çünki etnik azlıqlardır və etnik, dini kontekst də var. Bunun üçün ümumi siyasət hazırlanmalıdır”
, – Kelbakiani bildirdi.

“Mülki İştirak və Aktivizm Mərkəzinin” rəhbəri Rəşan Ziyadəliyev bildirir ki, məsələ ilə bağlı danışmaq mühümdür. Çünki kriminal mədəniyyət bütün ölkə üçün problem təşkil edir. Ancaq demokratik ölkənin formalaşması üçün kiçik də olsa, addımlar atmaq mühümdür.

“Kriminal mədəniyyət bütün ölkə üçün böyük problemdir. Amma düşünürəm ki, Kvemo Kartlidə çox böyük rol oynayır Biz bunu seçkilər zamanı da görürük. Qoşulma aktualdır, eləcə də Dmanisi münaqişələri zamanı da gördük. Bu mövzuda müxtəlif istiqamətlərdə işləmək mühümdür. Əlbəttə, ilk növbədə araşdırmalar aparılmalıdır. Başqa regionlarda da araşdırmalar var, təəssüf ki, Kvemo Kartlidə yoxdur. Müvafiq olaraq ümid edirəm ki, gələcəkdə bu üç məsələ ilə bağlı araşdırma aparılacaq. Bizim regionun inkişafı, yerli səviyyədə demokratiyanın yaradılması üçün bu problemin həlli mühümdür. Bu tez baş verməyəcək, amma kiçik addımlar atmaq vacibdir”
, – Rəşan bildirdi.

Görüşdə Marneulinin vətəndaş cəmiyyəti nümayəndələri, tələbələr, siyasətçilər və media nümayəndələri iştirak edirdilər.
"Marneuli" Radiosu
Print