Marneulinin uşaq bağçalarında tədris prosesi 15 sentyabrdan başlayacaq

Marneulinin uşaq bağçalarında tədris prosesi 15 sentyabrdan başlayacaq.



Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2022-2023-cü ildə Marneulinin 11 uşaq bağçasında təhsil prosesi bərpa olunacaq.

“11 bağçada təhsil prosesi yenilənəcək, təxminən 15-20 günə 1 saylı uşaq bağçası da çılacaq. Orada təmir işləri artıq başa çatıb və inventarın alınmasını gözləyirik. Tender də elan olunub. Bir az sonra yeni tikilmiş bağçada da təhsil başlayacaq. Həmin bağça elevator məntəqəsində tikilib. Ancaq dəqiq vaxt məlum deyil. Qeyd olunan bağçada da təmir işləri son mərhələdədir. Bu bağçada üç qrup var”
– Kərəmov dedi.

Marneuli bələdiyyəsinin 14 uşaq bağçasından 2 bağçada təhsil prosesi bərpa olunmayacaq. Qızılhacılı uşaq bağçasında təmir işləri aparılır və Şaumiyani bağçası illər ərzində qəzalı vəziyyətdədir.

"Marneuli" Radiosu

 

Print