8 sentyabr tarixində Marneuli İctimai Kitabxanası savadlılıq gününü qeyd edəcək
8 sentyabr tarixində, beynəlxalq savadlılıq günü ilə əlaqədar Marneuli ictimai Kitabxanasında kitabxanaçı kiçik oxuculara hekayələr oxuyacaq.

Sonra isə müzakirə keçiriləcək. Bu barədə Marneuli İctimai Kitabxanasının Facebook səhifəsində məlumat yayımlanıb.

“Bizim kiçik oxucularımıza kitabxanaçı uşaq hekayələri oxuyacaq, müzakirə baş tutacaq, oxunulan, dərk ediləni müzakirə edəcəyik. Tədbirin sonunda isə kiçik oxucuları əyləncəli, maarifləndirici oyun gözləyir. Yaş: 8-11 yaş. İştirak etmək sərbəstdir”
– məlumatda qeyd olunub.

Tədbir İctimai Kitabxananın təşkilatçılığı ilə saat 15:00-da keçiriləcək.

"Marneuli" Radiosu
Print