Amerika Guşəsi abituriyentlərə pulsuz ingilis dili kursu təklif edir
Marneuli Amerika Guşəsi abituriyentlərə pulsuz, onlayn ingilis dili kursları təklif edir. Bu barədə məlumatı Marneuli bələdiyyəsinin İctimai Kitabxanası Facebook səhifəsində məlumat yerləşdirib.

Məlumatda qeyd olunub ki, gənclər kursa qəbul olmaq üçün əvvəlcədən seçim testindən keçəcəklər.

Abituriyentlər qeyd olunmuş linkdə qeydiyyatdan keçə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google