Batuminin Anqisi qəsəbəsində orta yaşlı kişi tikilməkdə olan
binanın onuncu mərtəbəsindən yıxılıb.
Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, hadisə yerinə gələn
həkimlər həmin şəxsin artıq öldüyünü aşkar ediblər.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər
olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisənin səbəbi hələlik məlum deyil.