Xəlifə Beynəlxalq Stadionunda İranın milli himni
səsləndirilərkən İran futbolçuları sakit dayanmışdılar
İran milli futbol yığmasının üzvləri Dünya Kuboku yarışında
İngiltərə yığmasına qarşı matçın açılışında İranın milli himni
səsləndirilərkən onun sözlərini oxumayıblar.
Reuters agentliyinın yazdığına görə müşahidəçilər futbolçuların bu
hərəkətini İranda hazırda davam edən etirazların iştirakçılarına
dəstək kimi qiymətləndiriblər.
Xəlifə Beynəlxalq Stadionunda İranın milli himni səsləndirilərkən
İran
futbolçuları sakit dayanmışdılar.
Stadionun tribunalarındakı İran azarkeşlərindən bəzilkəri himn
səslənərkən qışqırırdılar.
Oyunçulardan bəziləri baş barmaqlarını aşağı əyməklə jest
göstərirdilər.
İranda gənc kürd qadının polisdə ölməsindəın sonra başlanmış
etirazlar artıq səkkiz həftədir ki, səngimək bilmir.
Politoloqlar bunu İranda 1979-cu ul İslam inqilabından bəri ruhani
rejimə qarşı ən böyük etiraz adlandırırlar.
Bu da xəbər verilir ki, İran dövlət televiziyası himn çalınarkən
oyunçuların sakit dayandıqları kadrları efirə verməyib.
Susan da var, susmayan da
Reuters yazır ki, son vaxtlarda İran millisinin üzvləri İranda
etirazçıları dəstəkləmədiklərinə görə çox sayda azarkeş
itiriblər.
Bəzi azarkeşlər millini rejimlə həmrəylikdə ittiham edirlər.
Reuters qeyd edir ki, İranda tarixən milli qürur mənbəyi hesab
olunan yığma Dünya Kubokunun ərəfənsndə yenidən diqqət mərkəzinə
gəlib.
Birinci matçdan əvvəl Yunanıstan çempionatlarında oynayan Ehsan
Hacsəfi səsini ucaldaraq İran etirazçılarını dəstəkləyən ilk
futbolçu olub:
“Biz onların tərəfindəyik. Biz onları dəstəkləyirik, biz onlara
hüsn-rəqbət bəsləyirik”.
Futbolçiular Mürtəza Purəliqanci və Kərim Ənsarifərd onlara verilən
sualların cavabında etirazçılara dəstək bildirməkdən imtina
ediblər.
Niderlandın Feyenoord klubunda oynayan yarımmüdafiəçi Əlireza
Cahanbəxş isə bildirib ki, belə sorğu-sual komandanın fikrini Dünya
Kubokundan yayındırmaq məqsədi güdür.