Bu gün, saat 14:30 radələrində, Marneulinin Kostava küçəsində, 2
saylı ictimai məktəbinin yaxınlığında yeniyetmə qızı maşın vurub.
Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan qız hadisə
yerindəcə dünyasını dəyişib.
Yeniyetmə qızın 17 yaşı olduğu bildirilir. Hadisənin baş verdiyi
əraziyə yol patrul xidmətinin əməkdaşları və təcili
tibbi yardım
briqadası cəlb olunub.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, hadisə ilə bağlı araşdırmanın hansı maddə ilə aparılacağı
daha sonra məlum olacaq.