Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuli və Dmanisidən olan yeniyetmələrin ölümü ilə bağlı ailələrə başsağlığı verib
Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuli və Dmanisidə həyatını itirən yeniyetmələrin ailələrinə başsağlığı verib.

Bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

Paylaşımda Marneulidə 23 noyabr tarixində yol-nəqliyyat hadisəsi zamanı yeniyetmənin həyatını itirməsi və eləcə də Yırğançay İctimai məktəbinin 9-cu sinif şagirdinin su çiçəyindən həyatını itirməsi ilə bağlı mərhumların ailəsi və yaxınlarına başsağlığı verilib.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Məktəbli soydaşlarımız Marneulidən Firəngiz Xəlilova, Dmanisidən Simarə Məmmədovanın vaxtsız dünyalarını dəyişməsi xəbərlərindən kədərləndiyimizi bildirir, mərhumlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

"Marneuli" Radiosu

Print