Bu gün, 5 dekabr tarixində Marneulidə yerləşən Mülki Məşğulluq
Mərkəzində “Plüralizmin dəstəklənməsi və stereotiplərlə mübarizə”
layihəsi çərçivəsində görüş və seminar keçirildi.
Görüşdə yerli mətbuat nümayəndələri, bloqerlər, ictimai fəallar
iştirak edirdilər.
Layihə Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Mülki Şura
tərəfindən Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu ilə
birlikdə həyata keçirilir. Layihənin məqsədi media və vətəndaş
cəmiyyətinin iştirakı ilə Gürcüstanda plüralizm və tolerantlıq
dəyərlərinə əsaslanan müzakirə platformasını gücləndirilməsi və
bütün bunlara əsaslanaraq prosesin inklüzivliyinə, şəffaflığına və
həll yollarının axtarılmasına istiqamətlənməsini təmin
etməkdir.
Layihə Gürcüstanın üç regionunda - Kvemo Kartli, Acarıstan və
Samsxe-Cavaxetiyada həyata keçirilir. Layihənin birinci
mərhələsinin açılışı Kvemo Kartlidə, Marneulidən başladı.
Layihənin növbəti mərhələsi gələn il həyata keçiriləcək.