Gürcüstandan Azərbaycana aparılan 24,5 ton kartof aşkarlanan
zərərvericilərə görə məhv edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat
verilib.
Agentlik əməkdaşları Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi
“OOO GEO Export” şirkətinə məxsus 24 500 kq ərzaqlıq kartof
məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin
müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr
nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici
− kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis
subsp. sepedonicus) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər
görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları
poliqonunda məhv edilib.