Mütəmadi şəkildə din xadimlərinə xüsusi olaraq tapşırılıb ki, əgər
bir məsciddə işləyən ruhani sünni-şiə söhbəti ortaya atsa, heç vaxt
onları öz sıralarımızda görməyəcəyik.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad
Nurullayev “Azərbaycanda dövlət-din münasibətləri: real durum və
perspektivlər” mövzusunda keçirilən iclasda deyib.
QMİ sədrinin müavini bildirib ki, bu məsələdə dövlət də onlara
dəstək olur.
“Dövlət istər məscidlərin inşası, istərsə də bərpası
işində daim öz dəstəyini göstərir. Bu gün də xaricdə dini təhsil
alan vətəndaşlarımız var. Əgər bünövrə sağlam qorunsa, nəticəsi də
yaxşı olar. Biz bu gün dövlət-din münasibətlərində sağlam vəhdəti
qoruya bilsək, sağlam əqidəmiz olar. QMİ hər zaman məzhəblərin
vəhdətlərinə xüsusi önəm verir”, - deyə o qeyd
edib.
Mənbə: trend.az