Sistem zorakının tərəfində dayanır – Samirə Bayramova
2 aprel tarixində, Tbilisidə qadın həmrəyliyi marşı keçirilib.

Qadınlara etibar, zorakılığa etibarsızlıq, qadınlara ədalət”, qadınlara bərabərlik, qadınlara güc, azadlıq – marşın əsas mesajları bunlardan ibarət idi. Marşa bir çox hüquq müdafiəçisi, jurnalist və fəal qadınlar qoşulublar. Marşda Marneulili hüquq müdafiəçisi Samirə Bayramova da iştirak edib. O, qeyd edir ki, qadınların alçaldılmasına, nifrətə və hədəyə son qoyulmalıdır. Bayramova bildirir ki, zorakılığa dövlət həvəsləndirməməlidir.
“Marşın əsas məqsədi qadınlara qarşı başladılmış cinsi və psixoloji sıxışdırılma idi. Artıq hakim partiya və onlarla assosiasiya olunan zorakı qruplar, media qadına qarşı zorakılıq, onların demoralizasiyasına qarşı açıq və ictimai şəkildə qoşulub. Təəssüf ki, bütün siyasi güc və partiyaların həmişə bundan siyasi alət kimi istifadə etməsi, qadınları alçaltması faktdır. Bu zaman qadınlar, müxtəlif mülki fəallar ziyan çəkir. Bizim məqsədimiz qadınlara həmrəliyimizdir”.


Samirə Bayramova ona qarşı həyata keçirilmiş zorakı və hədə hallarını xatırlayır və günahkarların müvafiq şəkildə cəzalandırılmaması, sona qədər cinayət işinin aparılmaması, sistemin zorakıların tərəfində dayanması faktını təəssüflə qeyd edir.

Biz Marneulidə iyulda hadisələrini xatırlayırıq. Yerli özünüidarə qadınlara qarşı çıxdı. Bələdiyyə Məclisi sədri və onun müavinləri birbaşa başqa qadınlara, əməkdaşlarına mülki fəallara, hüquq müdafiəçilərinə, mərkəzi və ya yerli məsələlər qoşulmuş necə zorakılıq etmələrini öyrədirdilər. Eləcə də martda baş vermiş, Alt-İnfo ilə bağlı hadisələri qeyd etməliyəm. Məni hədələyən bir nəfər belə sorğulanmayıb. Həmin adam yenidən sisal əbəkədə öz zorakı fəaliyyətinə davam edir. Təəssüf ki, qadınlarla bağlı başlanılmış istintaq tam həyata keçirilməyib”.

Hüquq müdafiəçisi düşünür ki, vəziyyəti düzəltmək üçün sistematik problemin aradan qaldırılması lazımdır. Həmçinin, Avropa İttifaqının 12 bəndlik tövsiyəsinin yerinə yetirilməsidir ki,bu gələcəkdə daha güclü və müdafiəli zəmanət verir.

Biz görürük ki, bügünkü hökumət bu proseslərə birbaşa qoşulub və bu bütün sahələrə, bütün adamlara təsir göstərir. Biz ümid edirik ki, Avropa İttifaqının 12 tövsiyəsinin həyata keçirilməsi üçün mübarizə aparmalıyıq. Bəlkə bundan sonra mövcud mexanizmlər güclənə və siyasi qurbanlar olmayaq”.

Qeyd edək ki, qadın həmrəylik marşı POSTV-nin sahiblərindən biri və aparıcı, cinsi sıxışdırmada müzakirə olunan Şalva Ramişvilinin Tatia Samxaradzeyə qarşı diskriminasiya məzmunlu kampaniya başlamasından sonra planlaşdırılıb.

"Marneuli" Radiosu

Print