Marneuli, Qardabani, Bolnisi və Dmanisi məktəblərində vakansiya elan olunub
Marneuli, Qardabani, Bolnisi və Dmanisi məktəblərində vakansiya elan olunub. Marneuli bələdiyyəsinin özəl məktəbində bir vakant yer var. “Beynəlxalq Təhsil Mərkəzi ümumtəhsil məktəbi” MMC bədən tərbiyəsi və idman müəllimi axtarır. Məktəb vakansiyaları veb-səhifədə yayımlanmış məlumata görə, özəl müəssisənin ixtisas tələblərində yazılıb:

“Müəllimlərin hazırlaması üçün (300 kreditlik) bakalavr-magistratura təhsil proqramının başa çatması nəticəsində verilmiş təhsil magistr akademik dərəcəsi. Milli tədris planı ilə nəzərdə tutulmuş fənn/fənlər qrupuna uyğun bakalavr/magistratura və ya ona bərabər akadmeik dərəcə, müəllim olaraq işləməyə başladıqdan 2 il müddətində müəllimlər üçün hazırlıq təhsil proqramı (60 kreditlik), yaxud müəllimlərin hazırlığı üçün təhsil proqramı üzrə distant kurs (araşdırmaçı) və ya proqram çərçivəsində müəllimlər üçün hazılrıq proqramı keçməlidir; Ali təhsili təsdiq edən sənədlə müəllimlik hüququ və təsdiqlənmiş fənn kompetensiyası (fənn imtahanı); Milli tədris planına uyğun olaraq fənn və ya fənlər istiqamətində doktorluq və ya ona bərabər akademik dərəcə. 2015-ci ilə qədər sertifikatlaşdırımış (fənn və peşə qabiliyyəti imtahanı)”.

Əməkhaqqı dərs saatlarına, təcrübə və ixtisasa görə müəyyən edilir. (Bir dərsə görə əməkhaqqı 7-dən 10 lariyə qədərdir).

Sənədlərin göndərilməsi üçün son tarix - 15 may.

Qardabani bələdiyyəsinin üç məktəbində vakansiya elan edilib.
  • Qardabani bələdiyyəsnin Sartiçala kənd 2 saylı ictimai məktəbində xüsusi müəllim vəzifəsinə vakansiya elan olunub. Sənədlərin göndərilməsi üçün son müddət 3 may tarixidir. https://teacherjobs.ge/62135
  • Qardabani bələdiyyəsnin Norio kənd ictimai məktəbi məktəbdə həkim vəzifəsinə vakansiya elan edib. Sənədlərin son qəbul vaxtı bu gün, 2 may tarixidir. https://teacherjobs.ge/62024
  • Qardabani bələdiyyəsinin Lemşveniera kənd ictimai məktəbi də həkim vəzifəsinə vakansiya elan edib. Ərizə vermək üçün son müddət 3 may tarixidir. https://teacherjobs.ge/61820
Bolnisi bələdiyyəsində yalnız bir vakansiya elan edilib.
  • Bolnisi bələdiyyəsinin Muğanlı (Farizi) kənd ictimai məktəbində xüsusi müəllim vəzifəsinə mütəxəssis axtarılır. Müraciətlər üçün son tarix 8 may tarixidir. Bu linkə daxil olaraq şərtlərlə tanış ola bilərsiniz: https://teacherjobs.ge/62052
Dmanisi bələdiyyəsində müəllim vakansiyasları veb-səhifəsində iki vakansiya elan edilib.
  • Dmanisi şəhər 1 saylı ictimai məktəbi gürcüdilli bölmə üçün İnformasiya Texnologiyaları üzrə mütəxəssis axtarır. Sənədlərin son qəbul vaxtı 8 maydır. Əlavə məlumat üçün linkə daxil olun: https://teacherjobs.ge/62222/
Dmanisi bələdiyyəsinin Böyük Muğanlı kənd ictimai məktəbi də məktəbdə həkim axtarır.

“Məktəbdə həkim işləmək üçün namizədin ali tibbi təhsili və qeyd olunan hansısa ixtisas üzrə müstəqil həkim fəaliyyəti hüququnu təsdiq edən dövlət sertifikatı olmalıdır”, – məktəbin tələblərində yazılıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google