Qızılhacılı bağçasında işlərin başa çatdırılması üçün 478 909 lari dəyərində tender elan olunub
Marneuli meriyası Qızılhacılı uşaq bağçasında qalan işlərin tamamlanması və bağçanın həyətinin abadlaşdırılması işləri üçün 487 909 lari dəyərində tender elan edib.

Vəsaitin 24%-i mərkəzi büdcə, 76%-i isə yerli özünüidarənin büdcəsindən ayrılıb. Təxminən iki ildir ki, məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır. Zaur Kərəmovun 1 may tarixində  “Marneuli” radiosuna bildirdiyinə görə, uşaq bağçasının açılışı yeni tədris ilində planlaşdırılır.

“İşlər az qalıb. Sentyabra qədər hər şey başa çatacaq. Bütün lazımı inventar alınıb. İşlərin bitməsini gözləyiik, qapılar və istilik sisteminin quraşdırılması qalıb”, – Zaur Kərəmov bildirdi.

Qızılhacılı bağçası ilə bağlı tenderdə iştirak etmək istəyən namizədlər 24-29 may tarixində təkliflərini təqdim edə bilərlər. Qalib şirkət 90 gün ərzində işləri meriyaya təhvil verməli olacaq.

Marneuli bələdiyyəsində 14 uşaq bağçası fəaliyyət göstərir. İndiki mərhələdə yalnız 11 bağçada təhsil prosesi həyata keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google