Marneulidə tələbat olarsa “Yay bağçası” bu il fəaliyyət göstərəcək – Zaur Kərəmov
Üçillik fasilədən sonra bu il ilk dəfə Marneulidə “Yay bağçasının” fəaliyyəti mümkün olacaq.

“Yay bağçası” iki il pandemiyaya, bir il isə təmirə görə fəaliyyət göstərmirdi. Marneuli uşaq bağçalarında tətil 31 iyun tarixində başlayacaq. Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun sözlərinə görə, “Yay bağçası”-nın fəaliyyəti tələbatdan asılı olacaq. Əgər istəyi olanlar varsa bağça əlavə bir ay, iyul ayında da fəaliyyət göstərəcək.

“Əgər tələbat olsa “Yay məktəbi” fəaliyyət göstərəcək. Hər il 1 saylı bağçada olurdu. Təmirdən sonra artıq fəaliyyəti bərpa ediblər və uşaqları qəbul edə biləcəyik. Əgər tələbat olarsa, təhsil prosesi daha bir ay davam edəcək və bir qrup açacağıq”, – Kərəmov bildirir.

Marneulidə “Yay bağçalarının” fəaliyyət təcrübəsi illərdir var. Yay bağçasının fəaliyyətini bələdiyyədə 1 saylı uşaq bağçası həyata keçirir. “Yay bağçası” işləyən valideynlərin uşaqları üçün nəzərdə tutulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google