Gürcüstanın qarışıq cüdoçular yığması dünya çempionatında bürünc medal qazanıb
Gürcüstanın qarışıq cüdoçular yığması dünya çempionatında bürünc medal qazanıb. Onlar arasında Marneulili idmançı Kote Kapanadze də var. Marneuli İdman Məktəbinin məlumatına görə, bu Gürcüstanın qarışıq yığmasının cüdo üzrə 2024-cü il olimpiyadasının komanda yarışlarına da lisenziya qazandığı tarixi nəticədir.

“Tarixdə ilk dəfə Gürcüstan qarışıq cüdoçular yığması dünya çepionatında bürünc medal qazanıb. Onlar arasında Marneuli bələdiyyəsinin İdman Məktəbinin cüdoçusu Kote Kapanadze də var! (Şəxsi məşqçi – Davit Xerqiani)

Marneuli bələdiyyəsinin İdman Məktəbi Koteni və Gürcüstan Milli Yığmasını tarixi nəticə münasibəti ilə təbrik edir, gələcək yarışlarda uğurlar arzu edir!”
– İdman Məktəbinin feysbuk səhifəsində yazılıb.

Qeyd edək ki, Marneulili idmançılar bir çox yerli və ya beynəlxalq yarışlarda uğurla yarışacaqlar. 13 may tarixində, Tbilisi şəhərində Cüdo Akadamiyasında veteranlar arasında çempionat baş tutub. İdmançılar iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google