Gürcüstanın qarışıq cüdoçular yığması dünya çempionatında bürünc
medal qazanıb. Onlar arasında Marneulili idmançı Kote Kapanadze də
var.
Marneuli İdman Məktəbinin məlumatına görə, bu Gürcüstanın qarışıq
yığmasının cüdo üzrə 2024-cü il olimpiyadasının komanda yarışlarına
da lisenziya qazandığı tarixi nəticədir.
“Tarixdə ilk dəfə Gürcüstan qarışıq cüdoçular yığması
dünya çepionatında bürünc medal qazanıb. Onlar arasında Marneuli
bələdiyyəsinin İdman Məktəbinin cüdoçusu Kote Kapanadze də var!
(Şəxsi məşqçi – Davit Xerqiani)
Marneuli bələdiyyəsinin İdman Məktəbi Koteni və Gürcüstan Milli
Yığmasını tarixi nəticə münasibəti ilə təbrik edir, gələcək
yarışlarda uğurlar arzu edir!” – İdman Məktəbinin
feysbuk səhifəsində yazılıb.
Qeyd edək ki, Marneulili idmançılar bir çox yerli və ya beynəlxalq
yarışlarda uğurla yarışacaqlar. 13 may tarixində, Tbilisi şəhərində
Cüdo Akadamiyasında veteranlar arasında çempionat baş tutub.
İdmançılar iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.