Moskvanın “Çayka” tibb şəbəkəsi Tbilisinin Vake şəhərində
klinika açıb. Bu, şəbəkənin Rusiyadan kənarda ilk klinikasıdır.
Şəbəkənin saytında yerləşdirilən məlumata görə, klinikada
həkimlərin konsultasiyası qiymətləri 100 laridən başlayır.
Müəssisənin tibbi direktoru Kseniya Yurkinasdır. Yurkinas Rusiyanın
“Vademecum” nəşrinə bildirib ki, klinika mayın 15-də açılıb və 200
min dollarlıq sərmayə qoyulub. Yurkinas əvvəllər Tbilisidə "Silk
Medical"da işləyib.
Klinikada gürcü həkimlər də çalışır. Onlardan biri, terapevt Nino
Vaçeişvili, ictimai reyestrə görə, 2022-ci ilin dekabr ayının
sonunda qeydiyyatdan keçmiş "Clinic Chaika MMC"nin 100% səhmlərinin
direktoru və sahibidir. Vaçeişvilinin Rusiya və Gürcüstanın ikili
vətəndaşlığı var.
Bununla belə, klinikadan “Netgazet”ə təsdiq ediblər ki, klinika
Moskva “Çayka”sının Tbilisi filialıdır.
2022-ci ilin sentyabrından “Çayka” şəbəkəsinin sahibi sanksiyaya
məruz qalan oliqarx Oleq Deripaskanın keçmiş həyat yoldaşı və
Rusiyanın birinci prezidenti Boris Yeltsinin administrasiyasının
rəhbəri Valentin Yumaşevin oğlu Polina Yumaşevadır. 2022-ci ilin
may ayına qədər Yumaşev həm də Rusiya prezidentinin müşaviri
olub.