Müxalifət deputatları hökuməti Rusiya ilə gizli sövdələşmələrdə ittiham edir
Gürcüstan parlamentinin müxalifətçi deputatlarının bir hissəsi Gürcüstan hakimiyyətini Rusiya ilə gizli sövdələşmələrlə qərarlar qəbul etməkdə ittiham edir.

Məhz bu məqsədlə “Lelo” partiyasının üzvü Anna Natsvlişvili və partiyasız iki deputat Teona Akubardia və Xatia Dekanoidze Gürcüstanın Baş nazirinə (İrakli Qaribaşvili), daxili işlər nazirinə (Vaxtanq Qomelauri), xarici işlər nazirinə (İlya Darçiaşvili) və iqtisadiyyat nazirinə (Levan Davitaşvili) parlament sualı ünvanlayıblar.

"Hansı gizli danışıqlar olub? Nə vaxt başlayıb, hansı kommunikasiya kanalları var? Danışıqlar kimin təşəbbüsü ilə başlayıb? Gürcüstan hökumətinin məsul şəxsləri və parlamentin deputatlarının əksəriyyəti danışıqlardan xəbəri olubmu və orada olublarmı? gizli ziyarətlər olubmu?.

Hakimiyyət məsuliyyət daşımalı və gürcü xalqına Rusiya ilə hansı danışıqların getdiyini və hansı qeyri-rəsmi kanallardan istifadə edildiyini açıq şəkildə söyləməlidir. Lavrovun qızının “Efesbe”nin himayəsi olmadan gəzmədiyi bir həqiqətdir; Məsələ burasındadır ki, bu ilkin razılaşma olub ki, Lavrovun qızı gəlib, uçuşlar bərpa edilib. Ən zərərlisi isə danışıqların mövzusu olan yükdaşımaları üçün yeni marşrutun planlaşdırılmasıdır”,
- Xatia Dekanoidze parlamentdə keçirilən brifinqdə jurnalistlərə bildirib.

Hakim partiyanın da üzvü olan parlament sədri müxalifətçi həmkarlarının saxta məlumatlar yaydığını deyib.

“Gürcüstan burada bizim apardığımız siyasət çərçivəsində qalmasından başqa heç nə etməyib... Bir tərəfdən, Gürcüstandan istifadə etməklə sanksiyalardan yan keçməyə imkan vermirik, Gürcüstan da bu işdə vicdanlıdır, ikincisi, biz ikitərəfli sanksiyalar tətbiq etməyirik... - burada söhbət Rusiyanın birtərəfli qərarlarından gedir. Gürcüstan ki, heç bir qərar verməyib?!" - parlamentin spikeri Şalva Papuaşvili bildirib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google