Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı Gürcüstanda saxlanılıb
Gürcüstan polisi Ermənistandan keçməklə Avropaya külli miqdarda heroin aparmağa çalışan İran vətəndaşını saxlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kuptadze keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, qurumun əməkdaşlarının Poti limanında Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi kompleks əməliyyat istintaq tədbirləri çərçivəsində 1961-ci il təvəllüdlü İran vətəndaşı B. T.-nin
idarə etdiyi şübhəli yük maşınına baxış keçirilib. Axtarış zamanı yük maşınının arxa qapılarında gizlədilmiş 315 bağlamada 80 kiloqramadək heroin aşkarlanaraq dəlil kimi götürülüb.

Təhqiqat zamanı İran İslam Respublikası vətəndaşının narkotik vasitələri Ermənistan vasitəsilə Gürcüstana gətirdiyi və buradan Avropaya aparmağa çalışdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, iş üzrə 20 ilədək həbs cəzası nəzərdə tutulur.


Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123