Zurna, qarmon, nağara və qoç - meriya 26 mayla əlaqədar olaraq üç sadələşdirilmiş müqavilə bağlayıb
26 may tarixində Marneulidə Müstəqillik Gününə həsr edilmiş tədbirdə müxtəlif idman tədbirləri baş tutdu. Gürcü güləşi, qol güləşi və oxçuluq üzrə yarışlar keçirildi.

Marneuli yerli özünüidarəsi idman tədbirlərinin təşkil edilməsi üçün üç sadələşdirilmiş müqavilə bağlayıb.

"Xatırladaq ki, cari ilin 26 mayında, ənənəvi olaraq Müstəqillik Günü ilə əlaqədar bayram tədbiri keçirilir, bu ilki tədbir çərçivəsində idman tədbirləri planlaşdırılıb. Konkret olaraq, gürcü güləşi, qol güləşi və oxçuluq. İdman tədbirlərinin tam keçirilməsi üçün musiqiçi (zurna, qarmon və nağara) xidməti ödənməli, bir qoyun (qoç), 60 ədəd medal və 70 diplom alınmalıdır", – sadələşdirilmiş müqavilədə deyilir.

Marneuli meriyası 60 ədəd medal və 70 ədəd diplomu fərdi sahibkar Əkrəm Qəhrəmanovdan 405 lariyə alıb.

Yerli özünüidarə eləcə də musiqiçi xidmətini sadələşdirilmiş qaydada alıb. Meriya zurna, qarmon və nağara ifaçılarına 637 lari 76 tetri ödəyib.

Marneuli meriyası üçüncü sadələşdirilmiş müqaviləni fiziki şəxs Mixeil Lağidze ilə bağlayıb. Meriya Lağidzedən bir qoçu 765 lari 31 tetriyə alıb. Qoç gürcü güləşində qalib gələn şəxsə verilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google