Marneulidə yeniyetməyə cinsi zorakılıq ittihamı ilə əmi saxlanılıb
Marneuli bələdiyyəsinin kəndlərindən birində yeniyetmə qız illər ərzində güman ki, cinsi zorakılıq qurbanı olub.

"Marneuli" radiosunun məlumatına görə, qıza qohumu, orta yaşlı kişi qıza 8 yaşından cinsi təcavüz göstərirmiş. 16 yaşlı qız bir neçə gün əvvəl, Feysbuk qruplarından birində paylaşım edib ki, illər ərzində əmisi tərəfindən zorakılıq qurbanı olub.

Nəticədə hüquq-mühafizə qurumları məsələni araşdırıblar.

Yeniyetməyə zorakılıqda ittiham olunan kişi saxlanılıb. "Marneuli" radiosu Gürcüstan Prokurorluğundan təfərrüatları araşdırır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google