Hindistanın IndiGo aviaşirkəti Gürcüstanın aviasiya bazarına daxil olur
“Hindistanın “IndiGo” aviaşirkəti avqust ayından Gürcüstan istiqamətində fəaliyyətə başlayır”, - Gürcüstanın Mülki Aviasiya Agentliyi xəbər verib.

Onların verdiyi məlumata görə, Mülki Aviasiya Agentliyinə təqdim olunmuş müraciətə əsasən, avqustun 18-dən etibarən Dehli-Tbilisi-Dehli hava xətti üzrə müntəzəm reyslər həftədə üç dəfə, hər çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Uçuşlar üçün lazımi icazə aviaşirkətə mayın 29-da verilib.

Mənbə: Birinci Kanal

Print ელ. ფოსტა
FaceBook Twitter Google