Xelvaçauridə qardaşını qətlə yetirməkdə təqsirli bilinərək
saxlanılan şəxs barəsində Batumi Şəhər Məhkəməsi tərəfindən həbs
qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin vəkili məhkəməyə 10 min lari məbləğində
girov təklif edib, hakim Nino Menqaşvili prokurorluğun vəsatətini
qəbul edib.
Məlumat üçün bildirək ki, iyunun 2-də Xelvaçauridə qardaş qardaşını
ov tüfəngi ilə qətlə yetirib. Hüquq-mühafizə orqanlarının
əməkdaşları həmin şəxsi isti izlərlə saxlayıblar.
Məlum olduğu kimi, qətldən əvvəl mübahisə baş verib.