FlyArystan şirkəti Kutaisi Beynəlxalq Hava Limanından Almatıya uçuşlara başlayıb
Qazaxıstanın aşağı büdcəli aviaşirkəti FlyArystan Almatıdan Kutaisiyə müntəzəm birbaşa uçuşlara başlayıb.

Bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayıb.

Onların məlumatına görə, Almatı Qazaxıstanın beşinci şəhəridir ki, Kutaisi Beynəlxalq Hava Limanına birbaşa müntəzəm reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri həyata keçirilir.

Məlumatda qeyd olunduğu kimi, Almatıya ilk uçuşla əlaqədar Kutaisi Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub, tədbirdə aviaşirkətin nümayəndələri, Qazaxıstan Respublikasının Gürcüstandakı səfirliyinin ikinci katibi və Gürcüstan Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze iştirak edib. İlk reysdə Qazaxıstandan olan 175 sərnişin olub.

“FlysArystan Kutaisi Beynəlxalq Hava
Limanında fəaliyyətini daha da gücləndirir. Bu gündən hava limanımıza tamamilə yeni, beşinci istiqamət . - Almatı əlavə edilib. Beləliklə, Qazaxıstan şəhərləri tamamilə Kutaisidən əhatə olunacaq. Mərkəzi Asiya Kutaisi hava limanı və ümumilikdə İmereti regionu üçün yeni istiqamətdir. FLyArystan-ın uğurlu nümunəsi göstərdi ki, bizim region Qazaxıstan üçün çox maraqlı, strateji əhəmiyyətli və cəlbedici məkandır. Yayda aviaşirkət Qazaxıstandan Kutaisiyə həftədə 15 dəfə uçacaq”,
- Gürcüstan Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze bildirib.

Məlumata görə, Almatıdan başqa Qazaxıstanın aşağı büdcəli “FLyArystan” aviaşirkəti paytaxt Astana, Atırau, Aktau və Çimkənddən Kutaisiyə birbaşa müntəzəm reyslər həyata keçirir. 2022-ci ilə qədər aviaşirkət Kutaisi Beynəlxalq Hava Limanında 135.000 sərnişinə xidmət göstərmişdir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google