Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox faydalıdır
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox faydalıdır. Bu format regional təhlükəsizliyin gücləndirilməsi və sabitliyin bərqərar olması istiqamətində uğurla fəaliyyət göstərir.

Bu fikirlər Gürcüstan hökumətinin 2022-ci il üzrə parlamentə təqdim etdiyi hesabatda əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı həm də hər üç ölkənin Silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

“Regional təhlükəsizliyin gücləndirilməsi, ümumi hədəflərə və maraqlara effektiv şəkildə nail olunması məqsədilə Silahlı qüvvələr arasında yaxın əlaqələr yaratmağı hədəfləyən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı uğurla inkişaf edir”,
- deyə hesabatda qeyd olunub.
Mənbə: Azertag.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google