Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində
benzinin qiymətində artım müşahidə olunur.
Əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən
asılı olaraq 20-25 tetri (8-10 sent) artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un
qiyməti 2,70 lari, “Euro Regular” 2,50 lari, “Regular” isə 2,35
lariyə satılır.
İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların
yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır.
Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın
artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına
təsir edəcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı aprel ayında rekord məbləğdə -
322,4 milyon ABŞ dolları alış edib.
Gürcüstan bazarında dolların dəyər qazanmasına da məhz bu amilin
səbəb olduğu bildirilir.
Mənbə:Azertag.az