May ayında Marneulidə iki nəfəri ilan sancıb
May ayında Marneulidə ilan sancması ilə bağlı iki hal qeydə alınıb.

Bu barədə tibb müəssisələrindən “Marneuli” radiosuna məlumatı təsdiq ediblər. “Geo Hospitals”ın rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki, onların klinikasına bir həftə əvvəl ilan sancması ilə əlaqədar bir xəstə müraciət edib. Xəstə müvafiq müalicə alıb və evə buraxılıb.

İlan sancması ilə bağlı daha bir xəstə isə “Aversi” klinikasına müraciət edib. Xəstəxanadan bildirirlər ki, xəstəyə peyvənd vurulub və o, evə buraxılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google