Kaxetidə təbii fəlakət - kökündən qopan ağaclar yük maşınlarının üzərinə düşüb
Güclü yağış və külək Laqodexi Bələdiyyəsində problemlər yaradıb. Gürcüstan-Azərbaycan sərhədində, Şin parkı adlanan ərazidə yıxılan ağaclar ard-arda dayanan yük maşınlarının üzərinə aşıb.

Digər tərəfdən yük maşınlarına Gürcüstandan Azərbaycan Respublikasına aparılan minik avtomobilləri yüklənibmiş. “Azadlıq” radiosunun məlumatına görə, ağaclar azı üç yük maşınının üzərinə aşıb. Onların hər birində 6 minik avtomobili var. Kökündən qopmuş ağaclar nəqliyyatın hərəkətinə müvəqqəti maneçilik törədib. Artıq bələdiyyə xidməti yolu ağaclardan təmizləyib. Külək bələdiyyənin digər kəndlərində də ağacları kökündən qoparıb. Elektrik naqilləri zədələnib. Əhalinin bir hissəsi elektrik enerjisi ilə təmin olunmur. “Azadlıq” radiosu hələ də Laqodexi meriyası ilə əlaqə saxlaya bilməyib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google