İşğalçı qüvvələr Axmaca kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar - DTX
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Axalqorinin Axmaca kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Onların sözlərinə görə, qanunsuz saxlama işğal olunmuş ərazilərdə baş verib.

“İşğalçı qüvvələr tərəfindən daha bir qanunsuz saxlama faktı barədə məlumat daxil olduqdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.

Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür",
- DTX-nın bəyanatında deyilir.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google