Birinci sinif şagirdlərinin qeydiyyatının III mərhələsi - bu gündən ümumi qeydiyyat başlayıb
Birinci sinif şagirdlərinin qeydiyyatının III mərhələsi - ümumi qeydiyyat başlayıb və iyunun 23-dək davam edəcək.

Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin www.registration.emis.ge rəsmi internet saytında aparılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyat valideyn/qanuni nümayəndə tərəfindən həyata keçirilir. Elektron qeydiyyatdan keçmiş tələbənin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi iyunun 26-dan iyulun 12-dək aparılacaq.

Göstərilən müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

“IV mərhələ - iyulun 17-dən iyulun 28-dək məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər qalan yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçəcəklər.

Dördüncü mərhələdə dövlət məktəbi valideyn/qanuni nümayəndənin təqdim etdiyi zəruri sənədlər əsasında şagirdin qeydiyyatını təmin edir.

Birinci sinfə qəbul üçün tələb olunan sənədlər:

Şagirdin qanuni nümayəndəsinin ərizəsi, qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat olmalı və Gürcüstanın Baş İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verməli, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti. Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin (əgər varsa). (Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir).

Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin surəti (varsa). Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir.

"Gürcüstanın Təhsil və Elm Nazirliyi övladını vaxtında və rahat şəkildə məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın şərtləri və qaydaları ilə diqqətlə tanış olmağa çağırır", - məlumatda qeyd olunur.

Mənbə: Birinci Kanal

Print ელ. ფოსტა
FaceBook Twitter Google