Gürcüstan Amerika avtomobillərinin Rusiyaya ixracını və təkrar
ixracını məhdudlaşdırıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat
yayıb.
Həmçinin bildirilib ki, Avropa İttifaqı ölkələrindən gətirilən
avtomobillərin də tədarükü sentyabrın 26-dan etibarən
məhdudlaşdırılacaq. Bu, Avropa İttifaqının Rusiyaya qarşı 11-ci
sanksiyalar paketində nəzərdə tutulub.
Sanksiyalar paketinə əsasən, mühərrikinin həcmi 1900
kubsantimetrdən (1,9 litr) çox olan avtomobillərin, eləcə də bütün
elektrik və hibrid avtomobillərin Rusiyaya idxalı qadağandır.