Əlavə imtahana buraxılmaqdan imtina edilən abituriyent Milli
Qiymətləndirmə və İmtahan Mərkəzinə qarşı Daxili İşlər Nazirliyinə
müraciət edib.
Bu barədə məlumatı “İnsan Haqları Naminə Tərəfdaşlıq” təşkilatının
hüquqşünası Anna Arqanaşvili yayıb.
"Biz izahat almaq üçün məhkəməyə müraciət etmişik. Milli
Qiymətləndirmə və İmtahan Mərkəzi ilə bağlı araşdırmaya başlamaq
üçün Daxili İşlər Nazirliyinə müraciət etmişik. Yaxın bir neçə saat
ərzində Milli İcra Bürosuna müraciət edəcəyik. Bu ölkədə adamın
“Dövlət orqanı öz qərarlarını icra etmirsə, məhkəməyə müraciət
etməyin nə mənası var” düşünməsinə imkan vermək olmaz. Əgər buna
icazə versək, o zaman peşədən getməliyik və “insan haqları”nın
vəkilləri hələ bunu etmək fikrində deyillər. İmtahan mərkəzi min
cür həll yolu tapa bilərdi: “mən qərarı belə yerinə yetirəcəyəm”,
“imtahanı belə keçirəcəm” demək, amma məhkəmənin hökmünə tabe
olmayacağım ifadəsi ilə sadəcə olaraq Konstitusiyanın, bütün milli
qanunların və beynəlxalq hüquq normalarının pozulmasını
göstərirlər”, – Ana Ana Arqanaşvili “Facebook”da
yazır.
Xatırladaq ki, “İnsan Haqları Naminə Tərəfdaşlıq” (PHR)
təşkilatının rəhbəri Anna Arqanaşvilinin sözlərinə görə, məhkəmənin
qərarına baxmayaraq, Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (NAEC)
imtahanda iştirak edə bilməyən abituriyenti əlavə olaraq
buraxmaqdan imtina edib. O, sağlamlıq vəziyyəti ilə bağlı milli
ekspertizaya göndərilib. Qurumun məlumatına görə, avqustun 2-də
Milli İmtahan Mərkəzi iyulun 25-də əlavə tarix imtahanı keçirdiyini
əsas gətirərək məhkəmə qərarını icra etməkdən imtina edib. Bundan
başqa, NAEC tərəfindən əlavə imtahan təyin edilməyən abituriyentin
anası aclıq aksiyasına başlayıb.Milli Qiymətləndirmə və İmtahan
Mərkəzi isə cavab olaraq müvəqqəti məhkəmə qərarının imtahanlar və
əlavə sessiyalar başa çatdıqdan sonra verildiyini izah edib və
abituriyentin artıq keçirilmiş imtahana buraxılmasının mümkün
olmadığını bildirib.