Gürcüstanın Baş naziri İrakli Qaribaşvili torpaq sürüşməsinin baş
verdiyi Şovi kurortuna gedib.
Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Xilasedicilər Raça dağlıq bölgəsində, Şovi kurortu yaxınlığında
ötən gün baş verən torpaq sürüşməsi nəticəsində torpaq altından iki
nəfərin meyitini çıxarıblar.
Qeyd edək ki, insanları təxliyə etmək üçün hadisə yerinə
xilasedicilər və polis əməkdaşları gəlib. Uşaqlar da daxil olmaqla,
140 nəfər təxliyə edilib. Son məlumata görə, torpaq altında qalan
50 nəfərin 6-nı aşkar etmək mümkün olub.