Bakı-Tbilisi-Ankara marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə başlaya bilər
Bakı-Tbilisi-Ankara marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə başlaya bilər. Bu barədə Azərbaycan Dəmir Yolu Nəqliyyatı İdarəsindən məlumat verilib.

Həmin agentliyin məlumatına görə, qatar “Stadler Rail Group” tərəfindən istehsal olunacaq yataq tipli minik vaqonları ilə təchiz oluna bilər.

İdarədən verilən məlumata görə, dövlətlərarası quru sərhədlərinin açılması halında ideyanın həyata keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Gürcüstandan Türkiyəyə dəmir yolu daşımaları Bakı-Tbilisi-Qars dəmir yolu ilə həyata keçirilir.

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyə arasında daha bir uğurlu əməkdaşlıq layihəsidir. Dəmir yolunun tikintisinə 2010-cu ildə başlanılıb və 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəmir yolunun uzunluğu 829 km-dir ki, bunun da 504 km-i Azərbaycandan, 246 km-i Gürcüstandan, 79 km-i Türkiyədən keçir.

Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi prosesi 2024-cü ilin sonuna kimi başa çatacaq. Dəmir yolunun Gürcüstan hissəsinin yenidən qurulmasını sürətləndirmək üçün Bakı bir-iki ay əvvəl yeni podratçılar cəlb edib, hətta əlavə maliyyə ayırıb. Bu işlər 2017-ci ildə də istifadəyə verilmiş Marabda-Kartsaxi hissəsində aparılırdı. Dəmir yolu dağlıq və meşəlik ərazilərin çətin relyefindən keçir.

Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google