Qondarma Abxaziya Daxili İşlər Nazirliyinin məlumatına görə,
Azərbaycan və Özbəkistan vətəndaşları Qalidə bir abxaz əsilli şəxsi
qətlə yetirməkdə təqsirli bilinərək Suxumidə saxlanılıblar.
Abxaziyanın qondarma Daxili İşlər Nazirliyi avqustun 6-da
Azərbaycan və Özbəkistan vətəndaşları üçün axtarış elan edib.
Abxaziya tərəfinin məlumatına görə, qətlə yetirilən Abxaziya
vətəndaşı Rıdvan Xan İpa həm də Türkiyə Respublikasının
sakinidir.
Qondarma qurum əhaliyə müraciət etmişdi ki, qətldə təqsirləndirilən
şəxslərin yeri və ya digər təfərrüatları barədə məlumatı varsa,
dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər.