Mən çarterlə Avropaya uça bilmərəm, ailəm kömək etməsə, yolum yoxdur - Mdinaradze

“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildiriბ ki, baş nazirin Avropaya

çarter reysini necə ödəyə bildiyi ilə bağlı sualı yoxdur.

Mdinaradzenin sözlərinə görə, o, təfərrüatları bilmir, lakin o, əmindir ki, baş nazirin çəkdiyi xərclər barədə məlumat bəyannamədə yer alacaq.

Jurnalistlər Mdinaradzedən onun şəxsən Avropaya çarterlə uçmaq imkanının olub-olmadığını soruşduqda o, belə cavab verib:

“Mən çarterlə Avropaya uça bilmərəm, onu ödəyə bilmərəm, əgər mənə imkanı olan ailə üzvlərindən biri kömək etməsə. Deyəsən, [İrakli Qaribaşvilinin] ailəsinin müəyyən gəlirləri var... Bütün xərclər bəyannamədə öz əksini tapıb... Sual verildi ki, [o, necə uçub], kiminlə - tək və ya ayrıca... Mən dəqiq bilirəm ki, o, tək deyil, çünki oğlunun yanında idi. Bilmirəm, arvadı onu müşayiət edib, ya yox. Bağışlayın, amma biz şəxsi mövzulara toxunuruq və mən çox narahatam. Bəziləri onun oğlunun Pensilvaniya Universitetinə qəbul olmasına inana bilmirdi", - Mdinaradze bildirib.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: Mdinaradze
FaceBook Twitter Google